Nazir: “KXDR ABŞ ilə dialoqa da, qarşıdurmaya da hazırdır”

23 Avqust 2019 12:35 (UTC+04:00)

Koreya Xalq Demokratik Respublikası (KXDR) Birləşmiş Ştatlar ilə dialoqa da, qarşıdurmaya da hazırdır.

Yonhap agentliyi xəbər verir ki, bunu KXDR-in Xarici İşlər naziri Ri Yon-ho bəyan edib. KXDR rəsmisi bununla bərabər, Vaşinqtonun ölkəsinə tətbiq etdiyi sanksiyaların səhv hesablanmış addımlar olduğunu bildirib.

“ABŞ-KXDR danışıqları üzərində qaranlıq kölgələr var” fikrinə görə Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeonu qınayan Ri Yon-ho əlavə edib ki, Pompeonu Vaşinqtonun xarici siyasətindən daha çox özünün şəxsi ambisiyaları maraqlandırır. Şimali Koreya rəsmisi Vaşinqtonun düşmən münasibətinin davam edəcəyi halda, KXDR-in ABŞ üçün ən böyük təhdid kimi qalacağını xəbərdar edib.

Qeyd edək ki, nüvə silahı ilə əlaqədar KXDR-ABŞ danışıqları fevralda Hanoyda nəticəsiz başa çatıb.(AZƏRTAC)

AzNews.az