Bakıda yanğın - Mühafizə Xidmətinin qüvvələri hadisə yerindədir

23 Avqust 2019 13:26 (UTC+04:00)

Bakıda daha bir rayonda yanğın baş verib.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Suraxanı rayonunun Yeni Ramana qəsəbəsinin ərazisində quru ot və kol-kos yanır. Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürmə işləri davam etdirilir.

AzNews.az