Putin ABŞ-la bağlı göstəriş verdi – Simmetrik cavab hazırlayın

23 Avqust 2019 14:02 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın uçuş məsafəsi 500 km-dən çox olan yeni “Tomahawk” raketinin sınaqdan keçirilməsinə "simmetrik cavabın hazırlanması üzrə ətraflı tədbirlər" görməyi tapşırıb.

AzNews.az-ın məlumatına əsasən, Rusiya lideri Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirədə belə bir bəyanat verib.

Putin qeyd edib ki, orta və yaxın mənzilli raketlərin ləğvi üzrə müqaviləyə əsasən belə raketlər qadağan edilmişdi. O, həmçinin sınaq zamanı MK-41-in universal atıcı qurğusundan istifadə edildiyini də vurğulayıb. Belə ki, onun quruda yerləşdirilməsi müqavilənin pozulması demək idi.

"Amerikalılar bunu qəti şəkildə rədd edərək iddia edirdilər ki, yerüstu МК-41 "Tomahawk"dəniz bazalı qanadlı raketlərin buraxılmasına qadir deyil. İndi pozuntu faktı göz qabağındadır, onu etiraz etmək mümkün deyil, onlar özləri bu barədə deyiblər",— deyə Putin qeyd edib və əlavə edib ki, qadağan edilmiş xüsusiyyətləri olan silahların sınaqdan keçirilməsi müqavilənin başa çatmasından 16 gün sonra baş verib.

"Bununla yanaşı, yeni yaranmış vəziyyəti nəzərə alaraq, Rusiya Federasiyasının Müdafiə Nazirliyinə, Xarici İşlər Nazirliyinə, digər profil qurumlarına Birləşmiş Ştatların sözügedən hərəkətləri ilə ölkəmiz üçün yaradılan təhlükənin səviyyəsini təhlil etməyi və simmetrik cavabın hazırlanması üçün hərtərəfli tədbirlər görməyi tapşırıram",— deyə Putin bildirib.

AzNews.az