Mərdəkan körpüsündən maşın aşdı - 3 nəfər xəsarət aldı

23 Avqust 2019 14:20 (UTC+04:00)

Səhiyyə Nazirliyi Mərdəkan körpüsündən aşan avtomobildə xəsarət alanlarla bağlı məlumat yayıb.

AzNews.az xəbər verir ki, hadisə zamanı 3 nəfər xəsarət alıb. 31 yaşlı qadın qapalı kəllə beyin travması, döş qəfəsinin əziyi, 4 yaşlı oğlan uşağı sol baldırın əziyi, 33 yaşlı kişi döş qəfəsinin əziyi diaqnozu ilə 3 saylı Sabunçu xəstəxanasına aparılıblar.

Hər üçünün vəziyyətləri orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, bu gün Mərdəkan körpüsündən avtomobil aşıb.

Bahar RÜSTƏMLİ

AzNews.az