30 ildir beynində onunla yaşadı - Dəhşətli hadisə

23 Avqust 2019 14:24 (UTC+04:00)

30 ildir baş ağrısı və huşunu itirmələrdən, halsızlıqdan əziyyət çəkən 59 yaşlı bir kişinin beynində 10 sm uzunluğunda qurd aşkarlanıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Çinin Jiangxi əyalətində baş verib.

Qurd əməliyyat nəticəsində çıxarılıb.

Qeyd edek ki, 1989-cu ildə huşunu itirən Zhang xəstəxanaya aparılıb və ona epilepsiya diaqnozu qoyulub.

O, müalicə alsa da bir nəticə verməyib.

Yenidən huşunu itirən Zhangın beynində qurd olduğu üzə çıxıb və əməliyyat nəticəsində uğurla çıxarılıb.

Həkim Vu Yienin dediyinə əsasən məlum olur ki, qurd Zhangın beyninə axar çaydan içdiyi su ilə keçib.

Nəzrin Əlizadə

AzNews.az