Qonşunun iti gənc qadını xəstəxanalıq etdi

23 Avqust 2019 14:39 (UTC+04:00)

Aksarayda 26 yaşlı Kader Tana ziyarətə getdiyi qonşunun iti hücum edib. Qonşuları tərəfindən xilas edilən Tan müalicə üçün xəstəxanaya aparılıb.

AzNews.az xəbər verir ki, hadisə Laləli rayonunda qeydə alınıb. Bir qadın qonşusu Fadima Remisin evinə qonaq gedib.

Ancaq evin həyətində ipindən açılan bir it ona hücum edib. İt özünü müdafiə etmək istəyən zaman yerə yıxılan Tanın baldırından dişləyib.

O, qışqıraraq qonşularını köməyə çağırıb. Nəticədə onu itin əlindən xilas ediblər.

Aksaray tədris-tədqiqat xəstəxanasına çatdırılan Tan hazırda müalicə edilir.

Polis olayla bağlı istintaqa başlayıb.

Nəzrin Əlizadə

AzNews.az