Çin ABŞ mallarına əlavə rüsum tətbiq edir - Ticari dava böyüdü

23 Avqust 2019 16:21 (UTC+04:00)

Çin ildə 75 milyard dollar həcmində Amerika mallarının idxalına cavab rüsumu tətbiq edir.

AzNews.az bildirir ki, bu barədə Dövlət Şurasının tariflər üzrə Komitəsinin yaydığı məlumatda bildirilir.
5 078 adda məhsula əlavə rüsum 1 sentyabr və 15 dekabr tarixlərində Pekin vaxtı ilə gecə yarısı qüvvəyə minəcək.

Bu addım ABŞ-ın sentyabrın 10-da və dekabrın 15-də 300 milyard dollar həcmində Çin mallarının idxalına rüsum tətbiq etmək qərarına cavabdır.

AzNews.az