Balıq tuturdu, göldə boğuldu

23 Avqust 2019 16:53 (UTC+04:00)

Bərədə balıq tutan şəxs bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə avqustun 22-də saat 19:50 radələrində Bərdə rayonu Zümürxan kəndi ərazisində qeydə alınıb. Zümürxan kənd sakini, Zahir Sadıqov kənd ərazisində yerləşən göldə balıq tutarkən ürək tutmasından suya yıxılıb.

Nəticədə o suda boğularaq ölüb. Onun meyiti kənd sakinləri tərəfindən aşkar edilərək sudan çıxarılıb.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.(apa.az)

AzNews.az