Milyarder Devid Kox vəfat etdi

23 Avqust 2019 17:43 (UTC+04:00)

ABŞ-da milyarder və ictimai xadim Devid Kox 79 yaşında vəfat edib.

Bu barədə NBC onun qardaşı Çarlz Koxa istinadən məlumat yayıb.

Qardaşlar baş ofisi Kanzasda olan "Koch Industries" energetika və kimya şirkətinin sahibi idilər.

Kox qardaşları "Forbes" jurnalının dünyanın ən varlı adamları siyahısında 11-ci sırada yer almışdı.(report.az)

AzNews.az