Məscidə Məhəmməd peyğəmbərin adı verildi

23 Avqust 2019 19:17 (UTC+04:00)

Açılış mərasimində çıxış edən Çeçenistan Prezidenti Ramzan Kadırov məscidə Məhəmməd peyğəmbərin adının veriləcəyini bildirib.

Açılış mərasimində iştirak edənlər arasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycanın nümayəndə heyəti də olub.

Qeyd edək ki, məsciddə eyni vaxtda 30 min insan ibadət edə biləcək. Məscidin ətrafındakı 5,3 hektar ərazi də nəzərə alınarsa, burada eyni vaxtda 100 min mömin ibadət edə bilər. Tikilinin içərisi və xarici ağ yunan mərməri ilə bəzədilib. ("Qafqazinfo")