Səfir: "İndoneziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

23 Avqust 2019 20:30 (UTC+04:00)

Bunu jurnalistlərə İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bey Fənani bildirib.

“İndoneziya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini həmişə dəstəkləyib, biz ölkənizə kömək etməyə daim hazırıq”, - deyən səfir iki ölkə arasında iqtisadi əlaqələrin də yüksək səviyyədə olduğunu, İndoneziyanın neft ehtiyaclarını xeyli dərəcədə ödəyən Azərbaycandan ildə 2 milyon barelədək neft idxal etdiklərini diqqətə çatdırıb. (Report)