Moskvada Putin və Ərdoğan arasında danışıqlar keçiriləcək

23 Avqust 2019 21:58 (UTC+04:00)

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

D.Peskov deyib: "Danışıqlar Moskvada keçiriləcək".

Qeyd edək ki, bu gün iki dövlət başçısı arasında telefon danışığı keçirilib.

Həmin danışıq zamanı prezidentlər Suriyada İdlib de-eskalasiya zonasından yaranan terror təhlükəsinin aradan qaldırılması üçün səylərin artırılması barədə razılığa gəliblər. (Trend)