Azərbaycanın şimalında güclü külək kənd təsərrüfatına ciddi zərər vurub

23 Avqust 2019 22:14 (UTC+04:00)

Respublikanın şimal zonasında axşam saatlarında əsən güclü külək ağaclardakı meyvələri yerə töküb.

Güclü külək QubaXaçmaz rayonlarında, həmçinin Xudat şəhərində meyvə bağlarında və fərdi təsərrüfatların ağaclarındakı meyvələri yerə tökməklə yanaşı, ağacların budaqlarını da zədələyib.

Qeyd edək ki, əksər meyvələr payız aylarında yetişir. Bunlardan qoz, alma, armud, şaftalı yerə tökülüb. Nəticədə təsərrüfat sahiblərinə ciddi ziyan dəyib. (Report)