"İnterpol" narkotik alverçisi olan azərbaycanlı barədə axtarış elan etdi

23 Avqust 2019 22:39 (UTC+04:00)

1969-cu il təvəllüdlü Vaqif Kərimov narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilir.

İstintaq orqanı V.Kərimov barədə cinayət işi başlasa da, təqsirləndirilən şəxs istintaqdan yayınıb.

Nəticədə, onun barədsində məhkəmə tərəfindən həbs qəti-imkan tədbiri seçilib.

İstintaqdan yayınan V.Kərimov "İnterpol" xətti ilə beynəlxalq axtarışa verilib. (Trend)