Bakı sakininin avtomobili oğurlanıb - FOTO

24 Avqust 2019 00:01 (UTC+04:00)

Hadisə Alı Mustafayev küçəsi, 17 saylı binanın qarşısında baş verib.

Belə ki, paytaxt sakini, 1987-ci il təvəllüdlü Əliyev Bəhruz Əliağa oğlu ona məxsus olan 90-CB-171 qeydiyyat nişanlı "VAZ 2107" markalı avtomobilini gecə saatlarında yaşadığı həmin binanın qarşısında saxlayıb. Bundan sonra avtomobil naməlum şəxslər tərəfindən qaçırılıb.

Avtomobilin oğurlanmasından səhər xəbər tutub. Zərərçəkmiş şəxs baş vermiş hadisə ilə bağlı polis orqanlarına müraciət edib.

Əraziyə baxış keçirən polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb. (APA)