TQDK abituriyentlərə müraciət etdi

13 May 2013 08:33 (UTC+04:00)


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə qəbul imtahanlarına hazırlaşan abituriyentlərə müraciət edib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün internetlə ərizə qəbulu mayın 15-də başa çatır. Göstərilən vaxta qədər abituriyentin "Elektron ərizə" si doldurmalı və mayın 17-dək mütləq təsdiq olunmalıdır. Əks halda həmin abituriyentlər qəbul imtahanlarında iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, bu gün saat 10:00-a olan məlumata əsasən 86900 abituriyent internetlə "Elektron ərizə" doldurub, onlardan 78616 nəfərinin ərizəsi müvafiq qaydada təsdiq olunub.

AzNews.az