Bakıda yeniyetməni hədələyib pulunu və telefonunu alıblar

24 Avqust 2019 07:36 (UTC+04:00)

Səbail rayonunda soyğunçuluq hadisəsi baş verib.

Hadisə Üzeyr Hacıbəyov küçəsində baş verib.

Belə ki, 2002-ci il təvəllüdlü Elman Quliyevə küçədə iki nəfər naməlum şəxs yaxınlaşıb. Naməlum şəxslərdən biri ona bıçaqla qorxudub. Daha sonra əlində olan 10 manatı və mobil telefonunu alaraq qaçıblar.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində cinayət işi başlanılıb. (apa)

AzNews.az