Bizə Çin lazım deyil! - Trampdan şok açıqlama

24 Avqust 2019 09:16 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp amerika şirkətlərinə Çin bazarına alternativ tapılması ilə bağlı göstəriş verib.

Ağ Ev rəhbəri bununla bağlı Tvitter səhifəsində paylaşım edib.

“Ölkəmiz uzun illər axmaqcasına Çinə görə trilyonlarla dollar itirib. Onlar (Çin) ildə bizim yüzlərlə milyardlıq intellektual mülkiyyətimizi oğurlayıblar. Hələ də bunu davam etdirmək istəyirlər. Buna icazə verə bilmərəm! Bizə Çin lazım deyil. Sözün düzü, onlarsız daha yaxşı olardı”, - deyə Ağ Ev rəhbəri bildirib. (Axar.az)