Xəzərdə zəlzələ oldu

24 Avqust 2019 09:54 (UTC+04:00)

Xəzər dənizində 3,4 maqnitudalı zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 01:38-də qeydə alınıb.

Zəlzələ ocağı 40 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.