Gürcüstanda azərbaycanlı tələbə suda boğuldu

24 Avqust 2019 10:30 (UTC+04:00)

Azərbaycan vətəndaşı Gürcüstanda suda boğulub.

Qonşu ölkədə ali təhsil alan, Zaqatala rayonu Əliabad qəsəbə sakini, 1997-ci il təvəllüdlü Şahin Sudabəy oğlu Əliyev ötən gün Gürcüstan ərazisində çimərkən suda boğularaq ölüb.

Tələbənin meyiti ötən gün axşam doğulduğu kəndə gətirilib. Onun bu gün dəfn ediləcəyi bildirilir. (APA)