Rusiyanın kosmik gəmisində nasazlıq - Gəmi Beynəlxalq Kosmik Stansiyaya birləşə bilmədi

24 Avqust 2019 10:59 (UTC+04:00)

Göyərtəsində “Fyodor” adlı antropomorfik robotun olduğu Rusiyanın “Soyuz MS-14” gəmisi avtomatik birləşmə sistemində yaranmış problem səbəbindən Beynəlxalq Kosmik Stansiyaya birləşə bilməyib.

TASS agentliyinə istinadla xəbər verir ki, bunu kosmik gəminin birləşmə prosesini translyasiya edən NASA TV-nin yayımı zamanı aparıcı bildirib. O qeyd edib ki, “Soyuz MS-14” gəmisi təhlükəsiz məsafəyə geri çəkilib və Rusiyanın Uçuşların İdarəedilməsi Mərkəzinin mütəxəssisləri problemi aradan qaldırmağa çalışırlar.

Avqustun 22-də start götürən kosmik gəminin göyərtəsində robotla yanaşı, müxtəlif çeşidli yük də var. (Azərtac)