Məşhur aktyor vəfat etdi

24 Avqust 2019 11:29 (UTC+04:00)

İtalya aktyoru Karlo Delle Pyane 83 yaşında Romada vəfat edib.

Rusiya mətbuatına istinadən verilən xəbərə görə, bu barədə onun həyat yoldaşı məlumat verib.

Aktyorun ölüm səbəbi hələlik məlum deyil.

Aktyor karyerası boyu Vittorio De Sika, Aldo Fabrisii və Pupi Avato kimi rejissorlarla çalışıb. Karlo Delle Pyane “Tələbə yürüşü“ filmindəki roluna görə “Qızıl qlobus”, “Milad hədiyyəsi” filmindəki roluna görə isə “Gümüş şir” mükafatlarınını qazanıb. (APA)