Vitali Kliçko soydaşımıza dövlət ordeni verdi - FOTO

24 Avqust 2019 13:29 (UTC+04:00)

Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasov “Şərəf” ordeni ilə təltif edilib.

Kiyev şəhər Dövlət Administrasiyasının rəhbəri Vitali Kliçko soydaşımızı paytaxtın beynəlxalq aləmdə tanıdılmasında, mədəni, sosial-iqtisadi inkişafında göstərdiyi xidmətlərinə görə bu medalla layiq görüb.

Q.Abbasov bildirib ki, ona verilən qiymət, bütövlükdə Azərbaycan xalqına göstərilən diqqətin bariz nümunəsidir. “Azərbaycan ilə Ukrayna arasında mədəni əməkdaşlığın inkişafı üçün birgə layihələrimiz davam edəcək”, - deyə Q.Abbasov əlavə edib. (Azərtac)