Türkiyə PKK-ya qarşı Pəncə-3 əməliyyatına başladı

24 Avqust 2019 13:19 (UTC+04:00)

Türkiyə ordusu İraqın şimalındakı Sinat-Xaftanin bölgəsində PKK-ya qarşı Pəncə-3 əməliyyatına başlayıb.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Əməliyyatın məqsədinin Türkiyə sərhədlərinin təhlükəsizliyinin təminatı, terrorçuların məhvi olduğu bildirilib.

Qeyd edək ki, Türkiyə may ayında Pəncə-1 əməliyyatına start verib.

İyul ayında əməliyyat genişləndirilib və Pəncə-2 adını alıb. (Axar.az)