13 ildir uduzmayan ABŞ millisi məğlub oldu

24 Avqust 2019 15:18 (UTC+04:00)

ABŞ-ın basketbol yığması son 13 ildə ilk dəfə məğlub olub.

RBK xəbər verir ki, amerikalılar yoldaşlıq oyununda Avstraliya millisinə 98:94 hesabı ilə uduzublar.

Görüş avqustun 31-də Çində başlayacaq dünya çempionatına hazırlıq çərçivəsində keçirilib.

Avstraliyalılar ABŞ komandasının beynəlxalq turnirlərdə və yoldaşlıq oyunlarında 78 matçlıq məğlubiyyətsizlik seriyasını dayandırıblar. ABŞ millisi sonuncu dəfə 2006-cı il dünya çempionatında Yunanıstan komandasına 95:101 hesabı ilə uduzmuşdu.

Amerikalılar o vaxtdan etibarən iştirak etdikləri bütün turnirlərdə qalib gəliblər.(oxu.az)

AzNews.az