Ronaldo yeddi mərtəbəli bina aldı

24 Avqust 2019 17:25 (UTC+04:00)

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kritştiano Ronaldo daha bir daşınmaz əmlak alıb.

34 yaşlı portuqaliyalı hücumçu vətənində 7 mərtəbəli binaya sahib olub. Onun Funşal şəhərində aldığı binanın 2 mərtəbəsini anası və qardaşına hədiyyə etdiyi bildirilir.

Ronaldonun binanı turizm məqsədi ilə aldığı vurğulanır.(report.az)

AzNews.az