17 yaşlı qızı maşın vurdu

24 Avqust 2019 22:15 (UTC+04:00)

Ağstafada piyadanı maşın vurub.

Rayonun Dağ Kəsəmən kənd sakini 2002-ci il təvəllüdlü Əliyeva Zəkiyyə Elşad qızı yolu keçən zaman Rusiya vətəndaşının idarə etdiyi avtomobil tərəfindən vurulub. Piyada bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(qafqazinfo.az)

AzNews.az