Goranboyda ağır qəza - Ölən var

24 Avqust 2019 22:54 (UTC+04:00)

Goranboy rayonunda baş verən yol nəqliyyat qəzasında ölən şəxsin kimliyi məlum olub.

Bu Tərtər rayon sakini, 1955-ci il təvəllüdlü Əhmədov Rasim Məhəmməd oğludur.

Qeyd edək ki, "VAZ" markalı avtomobilin yük maşını ilə toqquşması nəticəsində 4 nəfər ağır bədən xəsarətləri alıblar. Onlar Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

X X X

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Veyisli kəndində minik avtomobili yük maşını ilə toqquşub. Nəticədə 1 nəfərin öldüyü, 5 nəfərin isə yaralandığı bildirilir.

Hazırda əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az