Azərbaycanlı gimnastdan Rusiyada növbəti çempionluq - FOTO

25 Avqust 2019 03:31 (UTC+04:00)

Rusiya İdman Gimnastikası Federasiyasının Moskvada keçirdiyi “Gimnastika Liqa”sının qalibi azərbaycanlı idmançı olub.

Özündən yaşca böyük idman gimnastları arasında çıxış etməsinə baxmayaraq, Hüseyn Xəlilov mütləq dərəcədə çempion adına layiq görülüb. Bununla da Hüseyn Xəlilova 4-13 oktyabrda Almaniyanın Ştutqart şəhərində keçiriləcək idman gimnastikası üzrə dünya çempionatını izləmək üçün bilet verilib.

Qeyd edək ki, Hüseyn Xəlilov müstəqil Azərbaycanın karate üzrə ilk çempionlarından olmuş İlyas Xəlilovun övladıdır.