Bakıda avtobus piyadaları vurdu: Ölən var

25 Avqust 2019 04:15 (UTC+04:00)

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

Avtoqəza zamanı piyadaları avtobus vurub.

Belə ki, Zabrat qəsəbəsində qeydə alınmış yol qəzasında 186 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu yolu keçmək istəyən iki piyadanı vurub. Nəticədə ağır xəsarət alan Rza və Əli adlı piyadalar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Rza Quliyev həkimlərin səyinə baxmayaraq, xəstəxanada keçinib. Digər yaralının müalicəsi isə davam etdirilir.

Faktla əlaqədar cinayət işi başlanılıb. (APA)

AzNews.az