Rusiyada “An-2”ni əvəz edən yeni təyyarə yaradılacaq

25 Avqust 2019 06:30 (UTC+04:00)

Rusiyada “An-2” “dərmansəpən”i əvəz etmək üçün yeni regional təyyarə yaradılacaq.

Bu barədə RİA “Novosti” Sənaye Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Yeni təyyarədə 9-14 nəfərin uça biləcəyi qeyd edilir.

Bildirilir ki, əvvəlcə bu model təyyarənin istehsalına 2021-ci ildə başlanılması planlaşdırılan “Baykal” turbulent təyyarəsi ilə əvəzlənməsi nəzərdə tutulurdu.

Qurumdan bildirilib ki, sentyabrda “Baykal”ın taleyi, həmçinin yeni təyyarənin yaradılmasında onun hansı texnoloji xüsusiyyətlərindən istifadə olunacağı barədə qərar qəbul ediləcək. (Oxu.az)

AzNews.az