II Yelizaveta Trampdan şikayətlənib – Qazonumu dağıdıb

25 Avqust 2019 07:37 (UTC+04:00)

Britaniya kraliçası II Yelizaveta Birləşmiş Ştatların prezidenti Donald Trampın Bukinhem sarayının qarşısındakı çəmənlikdə qazonu korlamağından şikayətlənib.

Bu barədə Daily Mail xəbər verir.

Nəşr qeyd edir ki, hadisə Trampın iyunun 3-5-də Britaniyaya səfəri zamanı baş verib.

Avstraliyanın Baş naziri Skott Morrisonla söhbəti zamanı II Yelizaveta Amerika liderinin helikopterinin düz sarayın qarşısında yerə endiyini vurğulayıb və əlavə edib ki, bu isə, öz növbəsində, qazonda izlər buraxıb.

“Hələ bir yaxın gəlib çəmənliyimə bax. O dağıdılıb”, - deyə II Yelizaveta Morrisonla söhbətində bildirib.

AzNews.az