İsmayıllıda yas mərasimində ev uçub - 10 nəfərə yaxın xəsarət alan var

25 Avqust 2019 13:35 (UTC+04:00)

İsmayıllı rayonunda ev uçub.

Hadisə bu gün saat 12:30 radələrində rayonun Balik kəndində qeydə alınıb.

Kənddə yas mərasimi olan iki mərtəbəli yaşayış evinin döşəməsi insanların ağırlığına dözməyərək qəflətən çöküb. aDağıntı zamnı 10-a yaxın insan müxtəlif dərəcli bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobilləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.