"Hababam sınıfı"nın daha bir aktyoru vəfat etdi - FOTO

25 Avqust 2019 14:00 (UTC+04:00)

"Hababam sınıfı" adlı məşhur ekran əsərinin daha bir aktyoru vəfat edib.

Sözügedən ekran işində Domdom Ali obrazını canlandıran aktyor Feridun Şavlının qardaşı, epizodik rollardan birinin ifaçısı Faruk Şavlı dünyasını dəyişib.

Bu yaxınlarda dəri xərçəngindən müalicə alan və Adanadakı xüsusi bir xəstəxanada müalicə görən Faruk Şavlı həyatda qalmaq üçün mübarizə aparırdı.

Aktyorun xəstəliyi daha da irəlilədiyindən onun həyatını qurtarmaq mümkün olmayıb.

"Felaket Tellalı" ləqəbi ilə məşhurlaşan sənətçi Onur Akay aktyorun vəfatı haqda məlumatı şəxsi “İnstagram” hesabında paylaşıb.

Qeyd edək ki, "Hababam sınıfı"nın məşhur heyətindən Tarık Akan (Damat Ferit), Kemal Sunal (İnek Şaban), Adile Naşit (Hafize Ana), Halit Akçatepe (Güdük Necmi) də vəfat ediblər. (oxu.az)

AzNews.az