Hadisə Goranboy-Naftalan avtomobil yolunun Naftalan şəhərinə yaxın hissəsində baş verib.
"VAZ 2106" və "Nissan" markalı minik avtomobillərinin toqquşması nəticəsində biri azyaşlı olmaqla, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı azyaşlıya hadisə yerində tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır. (Trend)