Bu münasibətlə təşkil edilmiş mərasimdə müvafiq qurumların nümayəndələri, şəhid Cahid Verdiyevin keçmiş döyüş yoldaşları və komandiri iştirak edib.
Əslən Laçın rayonundan olan şəhid Cahid Verdiyevin ailəsi Şəki rayonunun Çələbixan qəsəbəsində məskunlaşıb.
Öz növbəsində hazırda Şəkidə Laçın, Ağdam və Şuşadan məcburi köçkün düşən 423 ailə yeni mənzillərdə yaşayır. Bu gün isə şəhid Cahid Verdiyevin ata və anası onların sırasına daxil olur. (APA)