Rusiya vətəndaşları Goranboyda qəzaya düşüb

25 Avqust 2019 17:34 (UTC+04:00)

Hadisə Goranboy şəhərində baş verib.

İki minik avtomobilinin toqquşması nəticəsində 1964-cü il təvəllüdlü Rusiya vətəndaşı Məcnunbəyova Dinarə Çingiz qızı, 1997-ci il təvəllüdlü Rusiya vətəndaşı Konderova Ulduz Ruslan qızı, 2000-ci il təvəllüdlü Tərtər rayon sakini Ramazanzadə Ruziyə Mübariz qızı və 2 aylıq uşaq xəsarət alıblar. Onlar Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

D. Məcnunbəyovanın durumu ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. (APA)