Azərbaycan cüdoçuları dünya çempionatına məğlubiyyətlə başlayıblar

25 Avqust 2019 18:02 (UTC+04:00)

Mindialın ilk günü Azərbaycan yığması üçün uğursuz alınıb.

Milli üzvü Davud Məmmədsoy (60 kq) və Aişə Qurbanlı (48 kq) ilk görüşlərini qalib başa vursalar da, növbəti qarşılaşmalarda məğlub olublar.

Leyla Əliyeva (48 kq) isə ilk görüşdə portuqaliyalı rəqibinə uduzub.

Avqustun 26-da təmsilçilərimizdən Nicat Şıxəlizadə (66 kq), Gültac Məmmədəliyeva (52 kq) və Larisa Florian (52 kq) tatami üzərinə çıxacaqlar. (APA)