Millimiz məğlub oldu

25 Avqust 2019 19:20 (UTC+04:00)

Aznews.az xəbər verir ki, Covanni Kapraranın rəhbərlik etdiyi komanda Hollandiya yığması ilə qarşılaşıb. Macarıstanın paytaxtı Budapeştdə təşkil olanan görüş hollandların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan – Hollandiya - ​0:3 (15:25, 23:25, 23:25)

Budapeşt, "Papp Laslo Sportarena".

Qeyd edək ki, millimiz ilk matçda Xorvatiyanı 3:2 hesabıyla məğlub edib. Komandamızın növbəti rəqibi Macarıstan olacaq. Meydan sahibləri ilə qarşılaşma sabah Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.