Donald Tramp aktyor Şon Konnerini təbrik edib

25 Avqust 2019 21:16 (UTC+04:00)

Birləşmiş Ştatların dövlət başçısı bu münasibətlə özünün "Twitter" səhifəsində yazıb.

"Ad gününüzü təbrik edirəm Şon", - deyə dövlət rəhbəri sosial şəbəkə yazıb. O, həmçinin aktyorun oynadığı Ceyms Bond rolunun fotosunu da paylaşıb.

Qeyd edək ki, bu gün Şon Konnerinin 89 yaşı tamam olur. (Report)