Zəvvarlarımızın sonuncu qrupu Həcc ziyarətindən geri dönüb

25 Avqust 2019 22:51 (UTC+04:00)

Bunu APA-ya açıqlamasında Azərbaycan Həcc missiyasının üzvü Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, sonuncu qrupda 159 zəvvar olub.

Qeyd edək ki, zəvvarların ilk qrupu avqustun 21-də Azərbaycana qayıdıb.

Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota ayrılmışdı. Həcc ziyarətinin qiyməti isə 4285 ABŞ dolları olub.