"Qəbələ"nin baş məşqçisi: " Məğlubiyyətin əsas günahkarı mənəm"

25 Avqust 2019 23:26 (UTC+04:00)

Bu fikirləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Premyer Liqanın II turunda səfərdə "Qarabağ"a uduzduqları (0:3) oyundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, Yusif Nəbiyev zədəli olduğu üçün Sadiq Quliyevi məcburiyyət üzündən müdafiənin cinahında oynayıb: "Belə məğlubiyyəti kənardan izləmək ağırdır. Mənim üçün çox çətindir. Rəqib də "Qarabağ" idi".

Gənc məşqçi komandada qalacağı ilə bağlı suala isə belə cavab verib: "Rəhbərlik qərar verəcək. Mənim getməyim yaxşı təsir edəcəksə, gedərəm. İndi bu, gəmini tərk edib getmək olar. Buna əsasən rəhbərlik qərar verəcək".

Qurbanov bu görüşdə futbolçula kompakt oyun tapşırdığını vurğulayıb: "Onlara belə məqamda deyiləsi söz yoxdur. Çalışacağıq ki, oyunu unudaq və gələcək matçlara baxaq". (Report)