Mehriban xanımın sənət adamlarına qayğısı danılmazdır

26 Avqust 2019 11:19 (UTC+04:00)

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat yoldaşı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum günüdür.

Xalq artisti Afaq Bəşirqızı AzNews.az vasitəsi ilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanı təbrik edib:

“Mehriban xanım Əliyevanı təbrik edirəm və doğum gününüz mübarək olsun, deyirəm. Biz Mehriban xanım Əliyevanı Ulu öndər Heydər Əliyevin gəlini, prezident İlham Əliyevin həyat yoldaşı kimi çoxdan tanıyırdıq. Amma Mehriban xanım Əliyevanın əsl mehribanlığı onun ictimai arenada gördüyü işlərlə tanınmasıdır. Onun öz millətinə və xalqının övladlarına olan diqqəti və qayğısı, vətəninə olan sevgisi göz qarşısındadır. Azərbaycan musiqisinin, xüsusi ilə də muğamın dünya arenasında tanınması Mehriban xanım Əliyevanın təşəbbüsü və xidmətləridir. Musiqiçilərə, xanəndələrə, bir sözlə, sənət adamlarına olan qayğısı da danılmazdır, hər kəsin əlindən tutur, demək olar ki, bütün sənət adamlarının sosial problemlərini Mehriban xanım Əliyeva həll edir. Ona minnətdarlıq sonsuzdur. Mehriban xanım Əliyevaya belə bir davamiyyət arzulayırıq. Xalqın sevgisi daima üstünüzdə olsun, canım Mehriban xanım. Mehriban xanım Əliyevanın xidmətləri təkcə Azərbaycanla bitmir, həm də xarici ölkələrdə də apardığı siyasət uğurla izlənilir. Buna görə, onu xaricdə də dəyərləndirib və mükafatlandırıblar. Mehriban xanım haqqında çox danışmaq olar. Amma mən danışmağı deyil, qiymətləndirməyi və dəyərləndirməyi sevirəm. Arzum budur ki, belə qadınlarımız Azərbaycan dəyərində olsunlar, yüksək hörmətə layiq görülsünlər”.

Bahar RÜSTƏMLİ

AzNews.az