Beren Saat gizli sevgilisi ilə görüntüləndi - Şok iddia

26 Avqust 2019 12:58 (UTC+04:00)

Həyat yoldaşı Kənan Doğuludan boşanacağı deyilən Beren Saat yenə hər kəsi təəccübləndirib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Beren Saat “Gizli sevgi yaşayır” iddiası ilə gündəmi fəth edib.

Belə ki, “Magagenius” adlı səhifədə foto paylaşılaraq “Məşhur aktrisa problemli evliliyinə nöqtəni qoymuş kimi. İndi isə “dostuq” deyərlər” şərhi yazılıb.

Şəbəkə izləyiciləri isə fotodakı məşhurun Beren Saat olduğunu iddia ediblər.

Rəqsanə

AzNews.az