Azərbaycan döyüş sursatlarının istehsalına başlayır

13 May 2013 10:02 (UTC+04:00)


Bu barədə APA-ya açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib.

Y. Camalovun sözlərinə görə, may ayının sonlarından MSN müəssisələrində 12.7 mm, 14.5 mm, 23 mm və 30 mm çaplı patronların seriyalı istehsalına başlanacaq. Artıq istehsalın təşkili üçün zəruri işlər yekunlaşıb.

Nazir həmçinin Polşa şirkəti ilə birgə MSN-in utilizasiya mərkəzinin inşa edildiyini və fəaliyyətə başladığını vurğulayıb.

AzNews.az