Qudası prezidentə şallaq vurduracaq

13 May 2013 10:45 (UTC+04:00)


Bu qayda pozuntularına görə bəzi şəxslərin namizədliyi ləğv edilə bilər ki, onların da arasında Mahmud Əhmədinejatın müşaviri İsfəndiyar Rəhim Məşayi də var.

R.Məşayinin qeydiyyat prosesindəki qanun pozuntuları isə birbaşa prezident Əhmədinejatın adı ilə bağlıdır. Belə ki, prezident həm müşaviri, həm də qudası olan Rəhim Məşayinin qeydiyyata alınması prosesində iştirak edib. Bu isə İran seçki qanununa əsasən qadağandır. Belə bir qayda pozuntusuna görə Əhmədinejata 6 ay həbs və ya şallaq cəzası verilə bilər.

Bəzi analitiklərin fikrincə, Əhmədinejat qudası Rəhim Məşayinin qeydiyyata alınması prosesində onun yanında görünməklə öz tərəfdarlarını məhz ona səs verməyə çağırıb.

Elnarə
AzNews.az