Əllərimizi yandıran acı bibərdən azad olmanın sadə üsulları

28 Avqust 2019 16:20 (UTC+04:00)

Yaz mövsümündə təbii tərəvəzlərdən faydalanaraq qışa hazırlıq görənlərin ən böyük sıxıntısı əllərinin acı bibər doğrama işlərində bibərin acı təsirinə məruz qalmalarıdır.

Dözülməz olan bu bibər acısından qurtulmağın bəzi asan üsulları var.

AzNews.az sizə həmin üsulları təqdim edir:

Bibərin acısı əllərinizi dəhşətli dərəcədə yandırsa, ilk olaraq həkimə müraciət etməniz lazımdır. Çünki acı bibərdə vücud üçün allergiya verici bir maddə olduğundan istifadə edəcəyiniz digər üsullarla reaksiyaya girib, ciddi problem yarada bilər.

* Aptekdən alacağınız yanıq kremləri bibərin yandırmasına yaxşı təsir edə bilər.

* Əllərinizi soyuducudan çıxartdığınız qatığın içinə qoya bilərsiniz.

* Əllərinizi tez-tez yuyub ardından əlinizə krem vurun.

* Soğanı rəndələyib süzgəcdən suyunu çıxarın, əllərinizi soğan suyunda tutun.

* Əldəki bibər yanmasının keçməsi üçün ən təsirili üsul, bir kasanın içinə su doldurun, soyuducudan çıxardığınız buz parçalarını içinə atıb əllərinizi burada saxlayın.

* Pomidor doğramaq sizə kömək ola bilər.

* Əllərə palçıq sürtmək acı bibər ağrısının getməsi üçün keçmişdən günümüzə kimi istifadə olunan üsullardandır.

* Yağ bibərdəki acı molekulları öldürür. Əldəki acının keçməsi üçün zeytun yağı ilə əllərinizi ovalayın.

* Əlinizi təzə nanə ilə ovuşdura bilərsiniz.

* Əllərinizə diş məcunu sürtün, bir az saxlayıb su ilə yuyun.

* Metal qaşığı əlinizə 2-3 dəqiqə sürtsəniz, ağrı azalacaq, yarım saata tamamən keçəcəkdir.

* Sirkənin içərisində yanan əllərinizi 10 dəqiqə boyunca saxlasanız, müsbət təsirini görəcəksiniz.

Səidə Vahid

AzNews.az