Məşhur aparıcı həmkarını qorillaya bənzətdi, sonra ağladı - FOTO

29 Avqust 2019 12:02 (UTC+04:00)

Amerikada yerli televiziyaların birində çalışan aparıcı Aleks Hausden həmkarı Ceyson Hakettnini meymuna bənzədib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Aleks Hausden zooparkla bağlı bir xəbər əsnasında ekranda görünən qorillanı həmkarı ilə müqayisə edib.

O, aparıcının ünvanına “Sanki sənə bənzəyir” deyib.

Aparıcının bu hərəkətini irqi ayrı seçkilik etdiyi üçün tənqid ediblər.

O, ağlayaraq efirə çıxıb, həmkarından və tamaşaçılarından üzr istəyib.

Rəqsanə

AzNews.az