Keçən günlərdə 50 yaşı tamam olan Jennifer Lopez "Variety" jurnalına səmimi açıqlamalar verib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, film və musiqi dünyasının önəmli simalarından olan Jennifer Lopez "Variety" jurnalına karyerasının başlanğıc dönəmi haqda danışıb.
Bədən quruluşu ilə tanınan Jennifer Lopez "Rejissorlar mənə "Bu bədənlə sənə ancaq ofisiant rolu verərlər" demişdilər. Amma mən yıxılmadım və sonunda bu nöqtəyə gəldim" deyib.
Səidə Vahid
AzNews.az