Seren Serengil həyat yoldaşının səs yazısını yaydı - Şok

29 Avqust 2019 16:50 (UTC+04:00)

Türkiyəli müğənni Seren Serengil boşanmaq üzrə olduğu həyat yoldaşı Yaşar İpekin səs yazısını yayıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb Yaşar İpekin ona zorakılıq etmədiyini deməsi olub.

Belə ki, Yaşar İpek mətbuata açıqlamasında: “Haqqımda çıxan xəbərləri təəccüblə oxuyuram. Heç vaxt zorakılıq etmədim. Seren xanıma fiziki müdaxilə etməmişəm. Bəli, aramızda mübahisələr olub, bir-birimizi təhqir etmişik, amma qarşılıqlı”, - deyə bildirib.

Seren Serengil isə həyat yoldaşının zorakılıq etdiyi səs yazısını yayacağını və məhkəməyə təqdim edəcəyini deyib.

Qeyd edək ki, Seren Serengil süni mayalanma ilə hamilədir.

Rəqsanə

AzNews.az